İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə superturnirin V turunda prinsipial görüş baş tutub.
Oxu.Az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
Qara fiqurlarla oynayan şahmatçımız güclü rəqibi ilə heç-heçə edib. Hazırda hər iki şahmatçı 3,5 xalla turnir cədvəlinin şərikli lideridir.
Qeyd edək ki, Maqnus Karlsen dost olduğu üçün hər zaman Şəhriyar Məmmədyarovu Sergey Karyakinlə qəsdən heç-heçə oynamaqda suçlayır.