Bu gün “Keşlə” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
Klubdan “Report”a verilən məlumata görə, toplantıda baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin edilməsinə dair qərar qəbul olunub.
Serbiyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Keşlə"nin baş məşqçisi postunda Yuri Maksimovu əvəzləyən Milinkoviçin 50 yaşı var. Onun son iş yeri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" komandası olub.