"Barselona" Argentina millisinin üzvü Kristian Pavonu heyətinə qatmaq istəyir.
Kataloniya klubu "Boka Xuniors"da çıxış edən 22 yaşlı sağ cinah oyunçusunun keçidini həll etmək üçün danışıqlara başlayıb. Məlumata görə, onun transferini Lionel Messi təklif edib.
Qeyd edək ki, Messi Argentinanın Haitini 4:0 hesabı ilə yendiyi matçdan sonra Kristian Pavonu tərifləmişdi: "Yeni partnyorumu tapdım. Pavon həqiqətən yaxşı futbolçudu. Çox sürətli biri və hamıdan fərqlənəcək bir oyunçudu. Argentina millisinə çox xeyir verəcək".
Pavon isə açıqlamasında Messi ilə birlikdə oynamağı arzuladığını bildirmişdi.
Qeyd edək ki, "Boka Xuniors" Pavonu 2014-cü ildə "Talleres"dən 1,3 milyon avroya alıb. Hazırda "Transfermarkt" 22 yaşlı sağ cinah hücumçusuna 20 milyon avro qiymət qoyub. O, bu mövsüm klubunun heyətində 31 rəsmi oyuna çıxaraq 7 qol vurub və 17 məhsuldar ötürmə edib.
Hikmət Günəş
Oxunub: 947