Rusiyanın Moskva şəhərində uşu üzrə gənclər arasında 17-ci Avropa çempionatı başa çatıb.
Modern.az-ın məlumatına görə, mayın 14-dən 20-dək davam edən çempionatda 36 ölkə təmsil olunub.
Azərbaycanı isə 8 idmançı təmsil edib.
5 gün davam edən yarışda komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Komandamıza yeganə qızıl medalı həmyerlimiz, 56 kq çəki dərəcəsində Səfəralı Məmmədrzayev qazandırıb.