"Fənərbaxça"nın baş məşqçi Aykut Kocaman istefa verib.
53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Super Liqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.
Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.
Qeyd edək ki, Aykut Kocaman "Fənərbaxça"da ilk dəfə 2010-2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fənərbaxça" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.
/Fanat.Az/