İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı matç (1:1) "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Djb.Az qol.az-a istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan argentinalı oyunçu bununla da qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb. Beləliklə, o, özünəməxsus rekordu yeniləyib.
Qeyd edək ki, bu göstəricidə ikinci pillədə "Real"ın sabiq hücumçusu Raul Qonzales (33 stadion) qərarlaşıb.
Oxunub: 994