dini radikalizm və ekstremizmlə mübarizə

İki yaşlı uşağın faciəvi ölümünün təfərrüatı...



Ötən gün Şirvanda iki yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Avqustun 27-də 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov yaşadığı binanın dəhlizinin pilləkənindən 1-ci mərtəbəyə yıxılıb. O, xəstəxanada vəfat edib.

Bildirilir ki, hadisə şəhərdə məcburi köçkünlər üçün salınmış yaşayış massivində baş verib. Çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov diqqətsizliyin qurbanı olub. Belə ki, ilkin araşdırmalar zamanı azyaşlının evin qapısından binanın dəhlizinə çıxması və pilləkənin kənarındakı məhəccərin dəmir barmaqlıqlarının arasından 1-ci mərtəbəyə yıxılması məlum olub. İki yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb və bir neçə saat ərzində ona tibbi yardımlar göstərilsə də, vəfat edib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxunub: 308
Oxşar xəbərlər
SON XƏBƏRLƏR