dini radikalizm və ekstremizmlə mübarizə

Yevlaxda polislərin avtomobili Kürə düşdü: ölən var


Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

Djb.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Oxunub: 1 489
Oxşar xəbərlər
SON XƏBƏRLƏR