dini radikalizm və ekstremizmlə mübarizə

Maştağada 59 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Maştağada 59 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Sabunçu rayonunda mübahisə etdiyi tanışı bıçaqlamaqda təqsirli bilinən Elvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Djb.az olke.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1963-cü il təvəllüdlü Məmmədov Mirverdi Məmiş oğlu küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elvin Ağayev saxlanılıb.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR