dini radikalizm və ekstremizmlə mübarizə

Füzulidə bir nəfər minaya düşdü


Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Djb.ax axar.az-a istinadən xəbər verir ki, bu barədə Füzuli rayon prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Oxunub: 400
Oxşar xəbərlər
SON XƏBƏRLƏR