dini radikalizm və ekstremizmlə mübarizə

Prokurorluq Bakıda baş verən qətl barədə məlumat yayıb

Prokurorluq Bakıda baş verən qətl barədə məlumat yayıb

Prokurorluq Bakıda kişinin arvadını qətlə yetirməsi, daha sonra özünü öldürməsi faktı barədə məlumat yayıb.

Djb.az xəbər verir ki, Sabunçu rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxunub: 911
Oxşar xəbərlər
SON XƏBƏRLƏR