dini radikalizm və ekstremizmlə mübarizə

Bərdədə restoran inzibatçısı cərimələnib

Bərdədə restoran inzibatçısı cərimələnib

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın inzibatçısı E.Sultanova İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4 000 manat məbləğində protokol tərtib edilib.

Oxunub: 769
Oxşar xəbərlər
SON XƏBƏRLƏR