dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Hərbi prokuroru həbs olunan erməni silahlılarından danışıb

Azərbaycanın Hərbi prokuroru həbs olunan erməni silahlılarından danışıb

"Xüsusi vurğulanmalıdır ki, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq işğalçı erməni hərbi birləşmələrinin Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin sıx yaşa­dığı əraziləri müxtəlif silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi cinayət əməlləri, o cümlədən, silahlı qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanla­rında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılıb və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib".

Oxunub: 803
Oxşar xəbərlər
SON XƏBƏRLƏR