dini radikalizm və ekstremizmlə mübarizə

64 yaşlı qadın döyülərək öldürüldü

64 yaşlı qadın döyülərək öldürüldü

Oğuzda qadın öldürülüb.

Djb.az “Report”a istinadən xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR