dini radikalizm və ekstremizmlə mübarizə

Arvadına 20 bıçaq zərbəsi vuran kişi tutuldu

Arvadına 20 bıçaq zərbəsi vuran kişi tutuldu

Masallı rayonunda ərin arvadına 20 bıçaq zərbəsi vurması hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.

Djb.az xəbər verir ki, Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə məlumat daxil olub.

İlkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR