dini radikalizm və ekstremizmlə mübarizə

Deputatın döydüyü polis hardadır? – Rəsmi

Deputatın döydüyü polis hardadır? – Rəsmi

Bu gün deputat toxunulmazlığı əlindən alınan və saxlanılan Eldəniz Səlimovun fiziki təzyiq göstərib, xəsarət yetirdiyi Xaçmaz RPŞ-nin əməkdaşı Zaur Mirzəyev hazırda hospitalda müalicəsini davam etdirir.

Djb.az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyulun 28-dən 29-na keçən gecə, saat 01 radələrində Xaçmazın “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov qanunun icrasını tələb edən polis əməkdaşı Z.Mirzəyevi döyərək, ona xəsarət yetirib.

Fakt üzrə Baş Prokurorluqda CM-nin 309.2-ci maddəsi ilə cinayət işi açılıb. Bu gün deputat toxunulmazlığı ləğv edilən E.Səlimov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR