dini radikalizm və ekstremizmlə mübarizə

Zaqatalada piyada avtoqəza zamanı xəsarət alıb

Zaqatalada piyada avtoqəza zamanı xəsarət alıb

Zaqatalada 23 yaşlı Qusar rayon sakinini avtomobil vurub.

Djb.az Apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 3-dən 4-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu 109-cu kilometrliyindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Zaqatala rayonunun Bəhmətli kənd sakini Mahir Seyfulla oğlu Qasımov idarə etdiyi “VAZ 21214” markalı, 99 KL 293 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən piyada, 1998-ci il təvəllüdlü Qusar rayon Okur kənd sakini Natiq Haydabəy oğlu Musayevi vurub. Qəza zamanı xəsarət alan N. Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR