dini radikalizm və ekstremizmlə mübarizə

Svanlar azərbaycanlılara hücum edir: Vəziyyət pisləşdi

Baxış Sayı:194

Svanlar azərbaycanlılara hücum edir: Vəziyyət pisləşdi

Dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.

Djb.az Bakıpost.az-a istinadən xəbər verir ki, hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.

Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.

Videoda görünür ki, svanların azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar.

Qeyd edək ki, ötən gün svanların azərbaycanlılara hücum etməsini əks etdirən görüntü yayılmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR