dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Rusiyada bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Rusiyanın Stavropol dairəsində ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bölgə prokurorluğu məlumat verib.

Hadisə Jeleznovodskda qeydə alınıb. Uşaqlardan biri 2009-cu il təvəllüdlü oğlan, digəri isə 2014-cü il təvəllüdlü qızdır.

Rusiya İstintaq Komissiyasının bölgə üzrə şöbəsində Federasiya Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Səhlənkarlıqla ölümə səbəb olmaq") ilə cinayət işi başlanılıb.

Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR