dini radikalizm və ekstremizmlə mübarizə

Masallıda ağır yol qəzası oldu, ölən və yaralananlar var


Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı şəhəri ərazisində baş verib.

Belə ki, "VAZ 2106" markalı avtomobil Zərifə Əliyeva küçəsindən əsas yola çıxmarkən "Kamaz" markalı yük avtomobilinin yolu keçməsini gözləyib. Yük avtomobili keçdikdən dərhal sonra yola çıxmaq istəyərkən diqqətsizlikdən yük avtomobilinin arxasında yedəkdə olan digər nəqliyyat vasitəsini görməyib. Nəticədə iki avtomobil arasındakı trosa ilişərək sıxılıb.

Hadisə yerində iki Masallı rayon sakini dünyasını dəyişib. Həmin şəxslər təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qəzada xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Oxunub: 473
Oxşar xəbərlər
SON XƏBƏRLƏR