dini radikalizm və ekstremizmlə mübarizə

Masallıda baş verən partlayışda xəsarət alan ər-arvad xəstəxanada ölüb


Masallıda aprelin 16-da baş verən partlayışda xəsarət alan 2 nəfər vəfat edib.

APA-nın məlumatına görə, aprelin 16-da Təzə Alvadı kəndində kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış zamanı ev bütövlükdə dağılıb. Nəticədə İ. Qədiyev, arvadı Sevinc Qədiyeva, övladları Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Ümumilikdə xəsarət alan 5 nəfər Bakıdakı 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

İ.Qədiyev və arvadı S.Qədiyeva müalicə aldıqları xəstəxanada ölüblər.

Fakta görə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.

Oxunub: 484
Oxşar xəbərlər
SON XƏBƏRLƏR