dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda iki qadın güclü külək zamanı xəsarət alıb

Bakıda iki qadın güclü külək zamanı xəsarət alıb

Bakıda iki nəfər güclü külək zamanı xəsarət alıb. “Report” xəbər verir ki, hər iki hadisə Yasamal rayonunda qeydə alınıb. Yolda piyada qismində hərəkət edən 1971-ci il təvəllüdlü Orucova Gülnar Vedi qızı və Qəmbərova Kəmalə Həsənəli qızı güclü küləyin təsirindən yıxılaraq sınıq xəsarətləri alıblar. Yaralılar sakinlərin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı G.Orucovaya sağ bazu sümüyünün sınığı, K.Qəmbərovaya isə sol bazu sümüyünün sınığı diaqnozları qoyulub.

Oxunub: 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR