dini radikalizm və ekstremizmlə mübarizə

Vəzifəli şəxsin gənc oğlu zəhərlənmədən vəfat edib

Vəzifəli şəxsin gənc oğlu zəhərlənmədən vəfat edib

28 yaşlı Rüfət Əhmədli, təxminən iki həftə əvvəl zəhərlənib

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat verib.

E.Əliyev bu barədə öz “Facebook” hesabında yazıb: “Dəyərli dostumuz professor Rafael Əhmədovun 28 yaşlı oğlu Rüfət Əhmədovu həkimlər botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə – red.) zəhərlənməsindən xilas edə bilmədilər. Əziz dostum, kədərinə şərikəm, Allahdan sənə səbr diləyirəm”.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli, təxminən iki həftə əvvəl zəhərlənib: “Ailə üzvləri əlamətlərindən onun botulizmdən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib”.

Qeyd edək ki, Rafael Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri olub. Hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Oxunub: 622
Oxşar xəbərlər
SON XƏBƏRLƏR