dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yol qəzası ölümlə nəticələnib

Bakıda yol qəzası ölümlə nəticələnib

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 16 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilsə də, Namiq xəstəxanada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR