dini radikalizm və ekstremizmlə mübarizə

Şirvanda avtomobil iki sərxoş piyadanı vurub

Şirvanda avtomobil iki sərxoş piyadanı vurub
Şirvanda iki piyadanı avtomobil vurub.

ONA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri - 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşını vurub. Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D.Çikunov Travmatologiya, X.Məmmədov isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilir ki, piyadaların ikisi də hadisə baş verərkən sərxoş vəziyyətdə olub.

Hadisənin təfərrüatlarını Şirvan polisi araşdırır.

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR