dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə it azyaşlıya hücum edib

Mingəçevirdə it azyaşlıya hücum edib
Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib.

ONA-nın məlumatına görə, hadisə Energetik yaşayış massivində yerləşən fərdi təsərrüfatların birində baş verib.

5 yaşlı şəhər sakini Məmmədli Məhəmməd Ramil oğlunu it dişləyib. Baldır nahiyəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Burada ona lazımi tibbi yardım göstərilib. Hazırda uşağın vəziyyəti sabitdir.

Sabahdan etibarən isə quduzluq əleyhinə peyvəndlərin vurulması nəzərdə tutulub.

Ehtiram Muradov

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR