dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə avtomobil qaçıran şəxslər saxlanılıb

Şəkidə avtomobil qaçıran şəxslər saxlanılıbŞəkidə taksiyə əyləşən şəxslər avtomobili qaçırıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-ya verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T.Mustafazadə mayın 27-də gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk edən şəxslərin əvvəllər məhkum olunmuş şəhər sakinləri Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 524
Oxşar xəbərlər
SON XƏBƏRLƏR