dini radikalizm və ekstremizmlə mübarizə

Ağdaşda mənşəyi məlum olmayan 540 kq ət aşkarlanıb

Ağdaşda mənşəyi məlum olmayan 540 kq ət aşkarlanıb
Ağdaşda mənşəyi məlum olmayan 540 kq ət aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın Şirvan bürosuna verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb. Daxil olan məlumat əsasında martın 28-də Ağdaş rayonu Yuxarı Ləki kənd ərazisində keçirilmiş birgə tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Şirin Kərimlinin idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb. Həmin avtomobilin yük yerinə baxış keçirilən zaman 534 kq çəkidə mənşəyi məlum olmayan ət aşkar olunaraq götürülüb. Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib.

Ş. Kərimli izahatında həmin əti satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 594
Oxşar xəbərlər
SON XƏBƏRLƏR