Gecə Abşeron rayonunun Məhəmmədli qəsəbəsində piyadanı maşın vurub.
Oxu.Az-ın məlumatına görə, “Mercedes” markalı, 10 OX 493 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada 1997-ci il təvəllüdlü Abbasov Səhman Rəhman oğlunu vurub.
Yaralı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıb. S. Abbasova sağ baldır sümüklərinin qırılması diaqnozu qoyulub. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.