dini radikalizm və ekstremizmlə mübarizə

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

Djb.az-in report-a istinadən məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Belə ki,1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri -1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR