dini radikalizm və ekstremizmlə mübarizə

Bərdədə dörd nəfəri bıçaqlayan şəxslər saxlanıldı

Bərdə rayonunda kütləvi dava zamanı dörd nəfəri bıçaqlayan şəxslər müəyyən edilib.

Djb.az “Report”a istinadən xəbər verir ki, Bərdə rayon Polis Şöbəsindən ötən gün rayonun Lək kəndi ərazisində baş verən kütləvi dava zamanı dörd nəfəri bıçaqlayan kənd sakinləri - Cəfərov Faiq Əfqan oğlu və 1993-cü il təvəllüdlü Zamanov Kənan Sərxan oğlunun polis tərəfindən saxlanıldığı bildirilib.

Xatırladaq ki, ötən gün Lək kəndi ərazisində yerləşən meşədə bir qrup gənc arasında baş verən kütləvi dava zamanı dörd nəfər bıçaq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR