dini radikalizm və ekstremizmlə mübarizə

Xırdalanda intihar edən oğlan nişanlı imiş

Xırdalanda intihar edən oğlan nişanlı imiş
Abşeron rayonunun Xırdalan şəhərində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, “Kristal Abşeron” yaşayış kompleksində intihar edən Tural Nağıyev nişanlı olub.

Kompleksin sakinləri bildirib ki, hadisə ötən gün 18:00 radələrində baş verib:

“1992-ci il təvəllüdlü Tural bu binada kirayədə yaşayırdı. Özünü 8-ci mərtəbədən ataraq intihar edib”.

Şahidlər qeyd edib ki, mərhum intihar edən zaman qollarında kəsiklər olub.

Tural Nağıyevin Tovuz rayon sakini olduğu bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Oxunub: 1 034
Oxşar xəbərlər
SON XƏBƏRLƏR