dini radikalizm və ekstremizmlə mübarizə

Keçmiş məhkumdan silah-sursat götürülüb

Keçmiş məhkumdan silah-sursat götürülüb
Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Oxunub: 752
Oxşar xəbərlər
SON XƏBƏRLƏR