Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.
“Report”un xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.
Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.