Şəmkirdə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Könüllü kənd sakini, 2000-ci il təvəllüdlü Ələkbərli Mətləb Safəddin oğlunu bıçaqlayan Samux rayon Alabaşlı kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Ayxan Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisəyə səbəb onların arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə olub.
Faktla bağlı araşdırma aparılır.