Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir.
İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobilin hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.