Daşkəsən sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədov Arzu İsrail oğlu usta kimi işlədiyi tikintidə dam örtüyünü təmir edərkən yıxılıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.