Qobustan rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində 3 nəfərin xəsarət aldığı məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Mersedes", "VAZ 2109" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakinləri-1993-cü il təvəllüdlü Cəfərli Şakir Balamirzə oğlu, 1987-ci il təvəllüdlü İbadov Elmir Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Cəfərov Rəmşid Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.