Gəncədə zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumta görə, şəhər sakini 1941-ci il təvəllüdlü Abbasov Qəzənfər Mikayıl oğlu sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
77 yaşlı kişinin hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.