Rusiyanın paytaxtı Moskvanın mənzillərindən birində cinayət hadisəsi baş verib. 46 yaşlı, Azərbaycanda doğulmuş qadın səhər saatlarında mənzildən çıxan qəribə səslərə oyanıb.
Oxu.Az “Пятый канал”a istinadən xəbər verir ki, səslərdən təşvişə düşən qadın evdə yad bir kişinin olduğunu görüb.
Həmin şəxs cibindən tapança çıxararaq, Sivantil B.-nin ayağına bir neçə dəfə atəş açaraq, hadisə yerindən qaçıb. Qadın güllə yaraları ilə xəstəxanaya çatdırılıb.
Qadın hüquq-mühafizə orqanlarına verdiyi açıqlamada axşam mənzilin qapısını bağlamağı unutduğunu bildirib.
Hazırda cinayətkarın kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.