Mingəçevir şəhərində gənc oğlan dəm qazından boğulub.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında kirayədə qalan Təbiət Zərbalıyev hamam otağında dəm qazından boğularaq ölüb.
Hadisədən gec xəbər tutan qonşular onun meyitini evdə tapıblar və dərhal Şəhər Polis Şöbəsinə məlumat veriblər.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.