Bərdədə bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Məmmədov Rəşad Oktay oğlu özünə məxsus "Kamaz" markalı yük maşınının təkərində yaranan nasazlığı aradan qaldırmaq istəyərkən o, partlayıb.
Nəticədə sürücü müxtəlif xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.