dini radikalizm və ekstremizmlə mübarizə

Gəncədə ana doğuşdan sonra öldü

Gəncədə ana doğuşdan sonra öldü
Gəncə şəhərində özəl xəstəxanaların birində ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxunub: 819
Oxşar xəbərlər
SON XƏBƏRLƏR