dini radikalizm və ekstremizmlə mübarizə

Qobustanda faciə: Azyaşlı qardaş-bacı yanaraq ölüb

Qobustanda faciə: Azyaşlı qardaş-bacı yanaraq ölüb
Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları yanıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Oxunub: 772
Oxşar xəbərlər
SON XƏBƏRLƏR