Dünyanın ən bahalı araq butulkası oğurlanıb.
Modern.az xəbər verir ki, barədə Danimarkanın TV-2 televiziyası məlumat yayıb.
Məlumata görə, Kopenhagendə “Kafe 33” barından oğurlanan araq butulkasının dəyəri 1,3 milyon dollardır. Oğurlanan butulkanın “Russo-Balt” arağı olduğu bildirilir.
Qızıl və gümüşdən hazırlanan araq butulkası həm də dünyanın ən bahalı arağı sayılır.
Hazırda Danimarka polisi oğurluqla bağlı axtarışa başlayıb. Barın sahibi də sosial şəbəkələr vasitəsi ilə insanlara müraciət edərək yardım istəyib.