dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas edib

Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas edib
Bakının Səbail rayonunda orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Bayıl qəsəbəsindəki bazarın yaxınlığında qeydə alınıb.

1983-cü il təvəllüdlü Kəmirov Emin İlqar oğlunun mobil telefonuna tanışı tərəfindən zəng daxil olub və o, Emindən bayıra çıxmasını istəyib.

Zəng əsasında bayıra çıxan E. Kərimova hazırda məlum olmayan səbəblərdən iki bıçaq zərbəsi vurulub. Zərbə E.Kərimovun ayağındakı damara düşüb. O, çoxlu qan itirməyə başlayıb. Lakin bu zaman ərazidən keçən Bakıdakı özəl klinikalardan birinin İran əsilli həkimi ona ilkin tibbi yardım göstərərək "təcili yardım" vasitəsilə xəstəxanaya aparıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları araşdırmaya başlayıb. İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub.

Oxunub: 736
Oxşar xəbərlər
SON XƏBƏRLƏR