Главная > Gundem > Dörd bacının şəhid qardaşı - FOTO
Dörd bacının şəhid qardaşı - FOTO21-05-2018, 10:02. Разместил: djbaz |
![]() Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu- əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Oxu.Az xəbər verir ki, şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub. Allah rəhmət eləsin! Вернуться назад |