dini radikalizm və ekstremizmlə mübarizə

Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"

Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır"

Naxçıvanın ölkə iqtisadiyyatında payı artır və bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyi proqnozlaşdırılır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin təmin edilməsi bu baxımdan bölgənin daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək:

"Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır".

Nazir qeyd edib ki, həyata keçirilən bu addımlar bölgədə iqtisadi fəallığın artmasına və investisiya mühitinin yaxşılaşmasına xidmət edir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR