dini radikalizm və ekstremizmlə mübarizə

“Xəzər”də “Sirli gedişlər” kitabının müzakirəsi


2026-cı il aprelin 21-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində hüquqşünas, şair və yazıçı Lətifə Oruc ilə görüş keçirilib. Görüş çərçivəsində müəllifin “Sirli gedişlər” adlı kitabı müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli bu cür görüşlərin tələbələrdə ədəbiyyata marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb. Universitetin baş müəllimi Akif Əlizadə isə müəllif və onun əsəri haqqında fikirlərini iştirakçılarla bölüşüb.
Tədbirdə “Xəzər” Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova, baş müəllim-hüquqşünas Akif Əlizadə, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, kitabxana əməkdaşları və tələbələr iştirak ediblər.
Qonaqlar arasında şair-publisist Nəsibə İsrafilqızı, bəstəkar Aybəniz Gülər, həmçinin müəllifin ailə üzvləri Zəminə Əliyeva və Nəhayət Əliyeva da yer alıblar.
Maraqlı və interaktiv şəraitdə keçən tədbirdə müəllifə müxtəlif suallar ünvanlanıb, əsər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Avtobioqrafik roman olan “Sirli gedişlər” maddi imkanı məhdud bir ailədə böyüyən yeddi qızın həyat yolundan, onların çətinliklərə baxmayaraq ali təhsil alaraq uğur qazanmalarından bəhs edir.








Oxunub: 40
Oxşar xəbərlər
SON XƏBƏRLƏR