Xəzər Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Rahil Dadaşlı 2026-cı il fevralın 23-dən martın 26-dək Türkiyənin Osmaniye Korkut Ata Universitetində Erasmus+ təcrübə proqramını uğurla başa vurub.
Proqram Avropa İttifaqının Cənubi Qafqaza yönəlik xarici siyasətinə həsr olunub, tədqiqat, tədris və akademik əməkdaşlıq istiqamətlərini əhatə edib. Mobillik çərçivəsində Rahil Dadaşlının Qafqazın geosiyasi tarixi və Azərbaycandakı azlıqlar mövzusunda mühazirələri olub.
O, həmçinin, “İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının Cənubi Qafqaz siyasəti” mövzusunda doktorluq tədqiqatını təqdim edib, müəllim heyəti və tədqiqatçılarla müzakirələr aparıb.
R.Dadaşlı “Qafqazda regional və qlobal aktorların rolu” mövzusunda universitet konfransında da çıxış edib.
Doktorant R. Dadaşlı universitetin idarəetmə sistemi, akkreditasiya prosedurları və keyfiyyət təminatı mexanizmləri ilə də tanış olub.
Oxunub: 45